Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Bakıda bəzi orta məktəblər birləşdirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması çərçivəsində tədbirləri davam etdirir.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, 2 məktəb – 133 və 150 nömrəli tam orta məktəblər Təhsil Nazirliyinin birbaşa tabeliyində olan İ.Əfəndiyev adına Elitar Gimnaziyaya və T.İsmayılov adına 6 nömrəli məktəb-liseyinə birləşdirilib.

2011-ci ildə əsaslı təmir olunmuş 133 nömrəli tam orta məktəb 400 şagird yerlikdir. Burada 336 şagird təhsil alır, 39 müəllim işləyir. Həmin ildə əsaslı təmir olunmuş 150 nömrəli tam orta məktəb isə 800 şagird yerlikdir. Burada şagirdlərin sayı 507, müəllimlərin sayı 92 nəfər təşkil edir.

Sözügedən məktəblərin yaxın ərazidə yerləşən, təlim-tərbiyə sahəsində yüksək nəticələrə malik ümumtəhsil müəssisələrinə birləşdirilməsi təhsildə keyfiyyət amilinin və idarəetmənin səmərəliliyinin artırılmasına xidmət edəcək.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]