Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Bakıda birinci Azərbaycan dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət üzrə konfrans keçiriləcək

Bu il oktyabrın 15-də birinci Azərbaycan dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət mövzusuna həsr olunmuş konfrans – “Baku CSR Conference 2015” keçiriləcək.

“Caspian Event Organisers” (“CEO”) şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi ölkədə mövcud olan cari vəziyyətin kompleks qiymətləndirilməsi, eləcə də sözügedən sahənin inkişaf etdirilməsi üçün dövlət, özəl və qeyri-hökumət təşkilatları arasında dialoq və əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, “Baku CSR Conference” dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət sahəsində yerli və xarici metodların mənimsənilməsinə imkan yaratmaqla yanaşı, Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkətlər, habelə dövlət qurumları və ictimai təşkilatları təmsil edən mütəxəssis və nümayəndələrin toplaşdıqları məkana çevriləcək. Debüt konfransda 300 nəfərdən artıq nümayəndənin iştirakı planlaşdırılır.

Konfransda dayanıqlı inkişaf konsepsiyası – qlobal təmayül və standartlar; dayanıqlı inkişafın təşviqi üçün dövlətlər və biznes üçün proqram və layihələr; Yaşıl iqtisadiyyat, korporativ sosial məsuliyyətin biznesə təsiri; dosial layihələrin həyata keçirilməsində QHT, dövlət və özəl sektor arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Təhsil, kənd təsərrüfatı, ekologiya, alternativ enerji və digər sahələrin dayanıqlı inkişafını əhatə edəcək tematik sessiyaların keçirilməsi planlaşdırılır.

Konfransın baş sponsoru SOCAR, bürünc sponsoru isə “Access Bank” ASC-dir. Konfransın konsultasiya üzrə tərəfdaşı qismində “EY” şirkəti çıxış edir.
http://azertag.az/xeber/Bakida_birinci_Azerbaycan_dayaniqli_inkisaf_ve_korporativ_sosial_mesuliyyet_uzre_konfrans_kechirilecek-867897

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]