Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Bakıda FM diapazonunda radioyayımın keyfiyyəti yaxşılaşdırılacaq

“Teleradio” İstehsalat Birliyinin (İB) mütəxəssisləri tərəfindən Bakı Teleqüllə Kompleksinin +200 metr səviyyəsindən son nöqtəsi olan +310 metr səviyyəsinədək metal hissəsi təmir edilərək, sintetik lüks parlaqlıq boyası ilə rənglənib. Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İB-yə istinadən məlumat verir.

Teleqüllənin metal hissəsinin +230 metr səviyyəsindən +254 metr səviyyəsinədək olan hissəsində yerləşmiş I və II TV diapazonlu, 75 Om-luq köhnə antena sistemləri çıxarılıb.

Əvəzində, İtaliyanın “Aldena” şirkətinin istehsalı olan, gücü 35 kVt-lıq yeni 8 mərtəbəli FM antena sistemi layihələndirilib və hazırda quraşdırılma işləri davam etdirilir. Nəticədə, bu ilin sonunadək 87.50-108.00 MHs tezliyində yayımlanacaq yeni FM radio proqramlarının Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin ondan 100 km radiusda olan ərazidə etibarlı qəbulu təmin ediləcək.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]