Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Bakıda külək enerjisi və şəbəkəyə inteqrasiya mövzusuna həsr olunmuş konfrans keçiriləcək

Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin təşəbbüsü ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası “Renewables Academy” (RENAC) AG ilə birgə “Külək enerjisi və şəbəkəyə inteqrasiya” üzrə Almaniya müəssisələrinin Azərbaycana işgüzar səfərini təşkil edir.

Səfər çərçivəsində 27 oktyabr 2015-ci il tarixində “Hyatt Regency” mehmanxanasının Bakı zalında “Külək enerjisi və şəbəkəyə inteqrasiya” mövzusuna həsr olunmuş konfrans keçiriləcək.

Konfransın proqramı başlıca olaraq Almaniya və Azərbaycan mütəxəssislərinin Azərbaycanda və Almaniyada külək enerjisi və şəbəkəyə inteqrasiya, habelə bu sahədə maliyyələşdirmə imkanları ilə bağlı mövzuda çıxışlarını əhatə edir. Bundan əlavə, konfrans zamanı Almaniya müəssisələri təqdimat edəcək və ikitərəfli danışıqlar aparılacaq. Bu görüşlərdən yeni biznes imkanları əldə etmək, yeni layihələr tanımaq, şəbəkənizi güclü əməkdaşlıq və lazımlı tərəfdaşlar ilə genişləndirmək üçün istifadə edə bilərsiniz.

Konfransda iştirak ödənişsizdir. Konfrans ingilis dilində keçiriləcək və Azərbaycan dilinə tərcümə olunacaq.

Xahiş olunur nəzərə alasınız ki, tədbirdə iştirak üçün qeydiyyat mütləqdir.

Tədbir haqqında ətraflı məlumat almaq üçün Alman-Azərbaycan Xarici Ticarət Palatasından Elnarə Mehtiyevaya (e-mail: [email protected], Tel: +99412 448 39 95) müraciət etməyiniz xahiş olunur.

Trend.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]