Sorğu

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« May    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Bakıda nəqliyyatın hərəkətində daha bir yenilik

Bakıda nəqliyyatın hərəkətində daha bir yenilikBakının Səbail rayonunda “20-ci sahə” deyilən ərazidə sıxlığın aradan qaldırılması və “Lökbatan” dairəsi istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələrinin daha rahat hərəkətinin təmin edilməsi məqsədilə “Bibiheybət yolu”nda (“Bibiheybət” məscidindən Bakı Su İdmanı Sarayına qədər olan hissədə) nəqliyyat vasitələrinin iki istiqamətli hərəkətinin təşkili üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən işlər aparılır.

ASC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, yolun iki hərəkət istiqamətli olması üçün görülən işlər çərçivəsində “Bibiheybət” məscidinin yaxınlığında, yol kəsişməsində yerləşən hasarın 15 metrlik hissəsi sökülüb. Nəticədə yol iki hərəkət istiqamətli olduqdan sonra Su İdman Sarayından “Bibiheybət” məscidinə doğru nəqliyyat vasitələrinin rahat və maneəsiz çıxışı təmin olunacaq.

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində sözügedən ərazidə görüləcək işlərdən sonra şəhərə doğru hərəkət edən sərnişin avtobuslarının “20-ci sahə”dən “Bibiheybət” məscidinə doğru olan yola daxil olması qadağan ediləcək. Sərnişin avtobusları ancaq Su İdman Sarayına doğru olan yolla, müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar və operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş xüsusi hərəkət zolağı ilə hərəkətlərinə davam edə biləcəklər.

“Azəryolservis” ASC tərəfindən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanlarının quraşdırılması işlərinə də başlanılıb. Yaxın günlərdə yol cizgi xətlərinin və yolgöstərici xətlərin çəkilişi işləri də aparılaraq yol iki gediş, iki gəliş hərəkət istiqamətli olmaqla sürücülərin ixtiyarına veriləcək.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com