Sorğu

Loading ... Loading ...

Təqvim

May 2018
M T W T F S S
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Bakıda rəqəmli işıqforlar quraşdırılacaq

Bakıda rəqəmli işıqforlar quraşdırılacaq Bakı şəhəri ərazisində yeni işıqforlar quraşdırılacaq.
Paytaxtda quraşdırılacaq işıqforların sayı 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar artırılacaq. Bunu açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib.
N.Həsənov qeyd edib ki, Bakıda quraşdırılması planlaşdırılan yeni işıqforlar nəqliyyat sahəsindəki son texnologiyaları özündə birləşdirəcək.
«Hazırda Bakının Üzeyir Hacıbəyov və Aleksandr Puşkin küçələrinin kəsişməsində quraşdırılan və LED (Light Emitting Diode – işıq saçan diod) sistemi ilə təchiz edilən işıqforların sayını artırmağı planlaşdırırıq. Bundan başqa, yeni rəqəmli işıqforların da quraşdırılması nəzərdə tutulub», – deyə N. Həsənov qeyd edib.
Qeyd edək ki, LED sistemli işıqforların üstünlüyü ondan ibarətdir ki, onların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır. Bunun sayəsində sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edə bilirlər.

APA

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com