Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Bakıda yeni avtobuslar istifadəyə verilib

BakuBus MMC Bakıda bir nömrəli marşrut xətti üzrə Iveco markalı yeni avtobusları istifadəyə buraxıb. Bunu jurnalistlərə MMC-nin direktor müavini Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, avtobuslar Koroğlu metro stansiyasından “28 may” metro stansiyasına qədər və əks istiqamətə hərəkət edəcəklər. Avtobusların iş qrafiki 6:00-dan 00:00-ə qədər müəyyən edilib. Bu xəttə birinci mərhələdə 14 avtobus buraxılıb. Sərnişinlərin sayından asılı olaraq gələcəkdə avtobusların sayı ya artırılacaq və ya azaldılacaq.

Kərimli qeyd etdi ki, yeni avtobuslarda nağdsız ödəniş sistemi tətbiq edilir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]