Sorğu

Loading ... Loading ...

Təqvim

Июль 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Bakının ekoloji problemləri məsələsi aktuallığını itirmir

Bakının ekoloji problemləri məsələsi aktuallığını itirmir Dünən Bakının və ətraf qəsəbələrin 2011-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair dövlət proqramının yekununa həsr olunmuş konfrans keçirmişdir. Konfransda böyük məruzə ilə çıxış edən ölkə başçısı prezident İ. Əliyev həyata keçirilmiş tikinti və infrastruktur layihələri Bakının və ətraf qəsəbələrin inkişafı üçün əhəmiyyətini bildirdi.
Yeni yolların inşası, su, istilik, qaz və elektrik təchizatının yaxşılaşdırılması paytaxt və ətraf qəsəbələrdə sosial problemlərin həllində mühüm rol oynamışdır. Əhalinin yaşayış rifahının yaxşılaşması eyni zamanda Bakıda əhalinin artmasına və minik avtomobillərin sayının artmasına da öz təsirini göstərmişdir. Qeyd etmək lazımdır ki, qış dövründə respublikanın regionlarından paytaxta müvəqqəti yaşayış (3-4 ay ərzində) üçün əhali axını artır. Təbii ki, onların bir hissəsi şəxsi minik avtomobilləri ilə gəlirlər. Bunun nəticəsində şəhərdə avtomobiltıxacları artır və ətraf mühitdə ekoloji gərginlik kəskinləşir. Bunu nəzərə alaraq, yaxın illərdə də Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələsi aktual olaraq qalacaqdır. Konfransda xüsusi olaraq Bakıda ictimai parkların yaradılması məsələsinə xüsusi diqqət verilmişdir. Əlbəttə ki, belə vəziyyətdə şəhərin mərkəz zonasında hər hansı bir müəssisənin inşa edilməsi məqsədə uyğun olmaz. Belə yanaşma hələ 100 il öncə (1902-ci ildə) alman polkovniki Fon der None tərəfindən Bakının baş planı hazırlayarkən nəzərdə tutulurdu. Məhz o dövrdə Bakının mərkəz hissəsindən aralı “Qara şəhər” (sənaye zona) yaradılmışdır.
Müasir dövrdə Bakının gələcək əhəng inkişafını təmin edilməsi üçün neft ilə çirklənmiş torpaqlar, buruq suları ilə çirklənmiş göllər ilə yanaşı, sahil zolağında ilk öncə gəzinti hissəsində dəniz dibinin təmizlənməsi xüsusi önəm daşıyır. Belə ki, dəniz dibi təmizlənməsə, sahil zolağı istirahət gəzintisi üçün öz dəyərini xeyli aşağı salır.
Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında çox saylı ictimai qurumlarda öz rolunu oynamalıdır. Bu baxımdan keçən ay Binə qəsəbəsi yaxınlığında İDEA təşkilatı tərəfindən könüllüləri cəlb edərək ağac əkmə kampaniyasının keçirilməsi diqqətə layiq hesab oluna bilər. Süni meşə sahələrinin yaradılmasında ən vacib şərtlərdə birinə çevrilir. Buna görə bu istiqmətdə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi tələb olunur.

Professor Cinqiz Ismaylov

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com