Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

“Baku HR Experience 3” konfransının keçirilmə tarixi məlum oldu

Korporativ tədbirlərin təşkilatı sahəsində Azərbaycanın aparıcı agentliklərindən biri “P World” 16-17 noyabrda Bakıda “Baku HR Experience 3” konfransının keçiriləcəyini elan edib. Bu barədə Trend-ə agentlikdən məlumat verilib.

“P World” agentliyinin icraçı direktoru Kosta Petrov bildirib ki, “Baku HR Experience 3” konfransı tamamilə müasir spikerlər, habelə regional və qlobal HR sənayesi sahəsində ən son tendensiyalara həsr olunmuş təqdimatlarla yenilənib: “Bu il daha çox praktiki həllərə diqqət ayırdığımız üçün konfrans proqramına insan resursları sahəsinin mütəxəssisləri Teddi və Dennis Frenk tərəfindən hazırlanmış interaktiv seminar daxil edilib. Bu seminar gün ərzində davam edəcək”.

Azərbaycanda insan resursları sahəsində yeganə beynəlxalq tədbir “Unilever” şirkətinin Qlobal İstedadların İdarə olunması şöbəsinin rəhbəri Culya fon Düvalın təqdimatı ilə başlayacaq. İki günlük beynəlxalq iclas zamanı iştirakçılar aşağıdakı təqdimatlarla tanış ola biləcəklər: “Kadr potensialının idarəolunması” (Rob Tomas, “Gread Place to Work” şirkətinin icraçı direktoru), “Dəyişikliklərin idarəolunması” (Albert Hakkers, “Diageo” şirkətinin İnsan Resursları şöbəsinin rəhbəri), “İşçilərin cəlb olunması” (Beata Jansür, “Agricole” kommersiya bankının İdarəetmə departamentinin prezidenti), “HR sahəsində yeni üfüqlərin kəşfi” (Yolen fon Barzi, “Bristol-Myers Squibb” şirkətinin İnsan Resursları şöbəsinin keçmiş vitse-prezidenti).

Bundan başqa, “Baku HR Experience 3” konfransı çərçivəsində “Philips” şirkətinin Korporativ Mədəniyyət və Dəyişikliklərin İdarə olunması şöbəsinin keçmiş sədri və vitse-prezidenti Teddi Frenk tərəfindən hazırlanmış yüksək məhsuldarlığa təkan verən mühitin yaradılması üzrə interaktiv seminar təqdim olunacaq. Həmçinin Amerikanın aparıcı transformasiya məşqçilərindən biri Dennis Frenkin hazırladığı təqdimat gün boyu davam edəcək.

Xatırladaq ki, Azərbaycanın aparıcı HR tədbirini “P World” agentliyi təşkil edir. “Seçilmiş Korporativ Bank” kimi “Pasha Bank” şirkəti, “Eksponent” kimi “Fireworks” HR şirkəti çıxış edir. Bundan başqa tədbir “Amcham”, “Uber”, “LinQuality”, “Trend.az”, “Day.Аz”, “Gun.az”, “Mak.az”, “AIESEC in Azerbaijan” tərəfindən dəstəklənir.

Qeydiyyat qaydaları və tədbirdə iştirak haqqı barədə konfransın rəsmi saytından məlumat ala bilərsiniz.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]