Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Bank VTB kreditlərin manatla verilməsini bərpa edir

Bank VTB (Azərbaycan) iyunun sonundan etibarən manatla olan kreditlərin verilişini bərpa edəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə bankın “Sahil” filialının direktoru Böyükağa Məmmədov bankın təşkil etdiyi press-tur zamanı deyib.

Onun sözlərinə əsasən, hazırda kreditlər yalnız dollarla verilir: “Çünki biz daxili maliyyə mənbələrindən bu məqsədlərə vəsait ayırırıq, kreditlərin manatla verilməsi isə Azərbaycan Mərkəzi Bankının ayırdığı resurslar sayəsində mümkün olacaq”.

B.Məmmədov qeyd edib ki, “Sahil” filialı əsasən istehlak kreditləri, o cümlədən avtomobil kreditlərinin verilməsi ilə məşğul olur: “Bankın filialının depozit portfeli yalnız fiziki şəxslərin hesabına formalaşır. Hazırda filialın kredit portfeli 10,232 milyon manat təşkil edir, ilin sonunadək isə 19 milyon manatadək artacaq (2014-cü ildəki 8,7 milyon manata nisbətdə). Ümumi portfeldə problemli kreditlərin payı cəmi 2 faiz təşkil edir. Filialın depozit portfeli 6,053 milyon manatdır”.

O, əlavə edib ki, filial ötən ili 42 min manat mənfəətlə başa vurub, 2015-ci ilin birinci rübündə bu göstərici 18,5 min manat təşkil edib: “2015-ci ilin sonuna mənfəətin həcminin 80 min manat təşkil edəcəyi gözlənilir”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]