Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Banklar daşınan əmlaka da kredit verəcək

Banklar daşınan əmlaka da kredit verəcək Yaxın vaxtlarda banklar daşınan əmlaka kredit verəcək, əmlakın bu növü də girovluğa qəbul ediləcək. Bununla da qiymətləndirmə bazarında ikinci böyük sahə yaranmış olacaq. Bu bazardan maliyyə qurumları, kiçik və orta sahibkarlar, qiymətləndiricilər yararlanacaqlar.
Bunları Beynəlxalq qiymətləndiricilər şirkətinin rəhbəri Elvin Səmədov AzərTAc-a müsahibəsində deyib. O, fikrinin davamında qeyd edib ki, ölkəmizdə bir çox sahələrdə mülkiyyət və əmlak qiymətləndirilir. Bu xidmətdən layihələrin, qeyri-maddi aktivlərin, biznesin, daşınmaz əmlakın dəyərləndirilməsində istifadə edilir. O səbəbdən də banklarla qiymətləndirmə şirkətləri arasında ancaq daşınmaz əmlak sahəsində əməkdaşlıq mövcuddur. Daşınan əmlakın da bu sıraya daxil edilməsi çox vacibdir.
“Bu sahədə uzunmüddətli təcrübəyə malik olan Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda məşğələlərə başlayıb, maarifləndirmə işləri təşkil ediləcək. Dünya
Bankının bu qrupu ölkəmizdə fəaliyyət göstərən kiçik müəssisələrin maliyyə vəsaitlərinə çıxış yollarını aydınlaşdıracaq”, – deyə E.Səmədov bildirib.

azertag.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]