Sorğu

Loading ... Loading ...

Təqvim

August 2019
M T W T F S S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Partnyorlarımız

Baş Nazir Novruz Məmmədov XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub

Mayın 16-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanış olub. Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Baş Nazirə məlumat verilib ki, sərgilərdə dünyanın 32 ölkəsini, ümumilikdə, 440 şirkət, eləcə də 11 milli və regional qrup təmsil edir. “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycan ilə yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələrdən şirkətlər yer alır. İtaliya, Türkiyə, Belarus, Gürcüstan, Niderland Krallığı və Şri-Lanka sərgidə milli stendlərlə iştirak edirlər. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikası, əkin-biçin aqreqatları, kənd təsərrüfatı məhsulları təqdim olunur.

Sərgilər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir.

Baş Nazir Novruz Məmmədov hər iki sərginin pavilyonları ilə tanış olub.

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com