Belçika şirkətləri Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayevin Belçika Krallığı federal hökumətinin xarici ticarət üzrə dövlət katibi, Baş nazirin keçmiş müavini və keçmiş müdafiə naziri Piter de Kremerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, qonaqları səmimi salamlayan R.Abdullayev onları Bakıda görməkdən məmnun olduğunu bildirib, qonaqlara SOCAR-ın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verərək, şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində mühüm yer tutduğunu vurğulayıb.

Belçika hökumətinin xarici ticarət üzrə dövlət katibi P.Kremer SOCAR-ın regionda həyata keçirdiyi layihələr haqqında məlumatlı olduqlarını və şirkətin bu istiqamətdə fəaliyyətini dəstəklədiklərini qeyd edib. O, Belçikada enerji sektorunda fəaliyyət göstərən və bu sektorla əməkdaşlıq edən çoxlu sayda şirkətin olduğunu, bu şirkətlərdən bir çoxunun hazırkı nümayəndə heyətində təmsil edildiyini söyləyib.

Sonra P.Kremer nümayəndə heyətinin üzvlərini SOCAR prezidentinə təqdim edib. Belçika şirkətlərinin təmsilçiləri Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib, müxtəlif təkliflər səsləndiriblər.

SOCAR prezidenti Azərbaycanda xarici investisiyaların qorunduğunu və təşviq edildiyini, əməkdaşlıq üçün əlverişli mühitin olduğunu diqqətə çatdırıb və xarici sərmayələrin iştirakı ilə həyata keçirilən layihələr, o cümlədən Sumqayıt Kimya Texnoparkı haqqında qonaqlara məlumat verib. O bildirib ki, bu layihələrin iştirakçılarına dövlət tərəfindən əhəmiyyətli güzəştlər edilir. R.Abdullayev Belçika şirkətlərini SOCAR-ın layihələri ilə bağlı elan olunan tenderlərdə iştiraka dəvət edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
/trend.az/

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com