Sorğu

Loading ... Loading ...

Təqvim

July 2020
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Beyləqanda heyvandarlıq sərgisi keçirilmişdir

Beyləqan rayonunda yerləşən kənd təsərrüfatı sərgi-satış mərkəzində heyvandarlıq sərgisi keçirilmişdir. Beyləqan Rayon İcra Hakimiyyətinin, süni mayalandırma mərkəzinin və İsveçrə dövlətinin maliyyə dəstəyi ilə Aqro İnformasiya Beyləqan, 13 dekabr (AzərTAc). Beyləqan rayonunda yerləşən kənd təsərrüfatı sərgi-satış mərkəzində heyvandarlıq sərgisi keçirilmişdir. Beyləqan Rayon İcra Hakimiyyətinin, süni mayalandırma mərkəzinin və İsveçrə dövlətinin maliyyə dəstəyi ilə Aqro İnformasiya Mərkəzi və İsveçrənin HEKS təşkilatının birgə həyata keçirdiyi �Heyvandarlıq resurslarına və bazarlarına çıxışın təmin olunması� əməkdaşlıq layihəsi çərçivəsində həyata keçirilən sərgidən məqsəd heyvandarlıq sektorunun inkişafında heyvanların cins tərkibinin, sağlamlığının və yemlənməsinin daha yaxşı təşkilinin nümayiş olunmasıdır. Sərgidən əvvəl iştirakçılara süni mayalandırmanın əhəmiyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, süni mayalandırma ilə təsərrüfatlarda məhsuldarlığın artımına və heyvanların cins tərkibinin yaxşılaşdırılmasına daha yaxşı nail olmaq olar. Bu zaman yoluxucu xəstəliklərin, xüsusən də cinsi yolla yayılan xəstəliklərin qarşısı alınır. Süni mayalanma üsulundan geniş istifadə etməklə heyvandarlıqda qısırlığı azaltmaq və balavermə faizini yüksəltmək olur.
Sərgidə Beyləqan rayonunda süni mayalandırma yolu ilə əldə edilmiş heyvanlar nümayiş etdirilmiş, sərgi iştirakçıları dövlət və özəl sektordan olan süni mayalandırma texnikləri ilə ünsiyyət qurmuş, onların iş prinsipi və texniki avadanlığı, eləcə də yem istehsalçılarının məhsulları ilə tanış olmuşlar. Sərgi zamanı heyvandarlıq mütəxəssislərindən ibarət münsiflər heyəti nümayiş olunan süni mayalandırma ilə əldə edilmiş heyvanların içərisindən xarici görünüş, cins tərkibi, morfoloji xüsusiyyətlər və s. əlamətlərinə görə ən yaxşı üç �nəticə�ni müəyyən etmişlər. 1-ci yer tutan heyvan sahibinə süd separatoru, 2 və 3-cü yerlərin sahiblərinə dezinfeksiyaedici aparatlar təqdim edilmişdir. Bundan başqa, rayonun üç qabaqcıl süni mayalandırma texniki və iki nəfər cins qaramal sahibi də mükafatlandırılmışdır. Tədbirdə İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin regional şöbələrinin, rayon icra hakimiyyətinin, eləcə də yerli və beynəlxalq təşkilatların, Süni Mayalandırma Assosiasiyasının, baytarlıq laboratoriya və idarələrinin nümayəndələri, fermer və kənd təsərrüfatı mütəxəssisləri iştirak etmişlər.

AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]