Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Beynəlxalq Valyuta Fondu: Hər il Ermənistanı 40 min nəfər tərk edir

Hər il Ermənistanı 40 min nəfər tərk edir ki, bu da ölkə əhalisinin 1 faizindən çoxunu təşkil edir. Trend-in Beynəlxalq Valyuta Fonduna (BVF) istinadən verdiyi məlumata əsasən, bunu Fondun Yaxın Şərq və Mərkəzi Asiya üzrə departamentinin direktoru Məsud Əhməd deyib.

Onun sözlərinə görə, xüsusilə də Rusiyaya yüksək mühacir axını mövcuddur: “Əmək miqrantlarının göstərdiyi maliyyə dəstəyi ölkə ÜDM-nin təqribən 20 faizini təşkil edir”.

Departamentin direktoru qeyd edib ki, gələcək illərdə Ermənistanda iqtisadi artım templəri azalacaq: “Bu da yeni iş yerlərinin açılmasını, həyat səviyyəsinin yaxşılaşdırılmasını və dövlət borcunun ödənilməsini çətinləşdirəcək”.

M.Əhməd əlavə edib ki, Cənubi Qafqaz xeyli dərəcədə gərginliyin olduğu regiondur: “Mən Dağlıq Qarabağ münaqişəsini, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini, Gürcüstan-Rusiya münasibətlərinin gərginliyini, eləcə də beynəlxalq ictimaiyyətin İranla münasibətlərini nəzərdə tuturam. Ermənistan bu cəbhədə tərəqqi əldə etmədən potensialını tam göstərməyə çətinlik çəkəcək”.

Onun fikrincə, Ermənistanda internetə giriş səviyyəsi aşağı olaraq qalır: “Bundan başqa, energetika, yol, səhiyyə və təhsil sahələrində də problemlər mövcuddur”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]