Biz Əhali Gününü necə qeyd edirik

Biz Əhali Gününü necə qeyd edirik Bu gün Ümumdünya Əhali Günü qeyd olunur. Bütün dünya ölkələrinin hakim orqanları sosial-iqtisadi məsələləri həll edərək əhali yaşayışını yaxşılaşdırmağa çalışırlar. Əhalinin problemləri birinci növbədə demoqrafik problemlərin həlli ilə bağlıdırlar. Bir çox ölkələrdə çox uzun müddətdir ki, əhalinin sayında azalma müşahidə olunur.
Azərbaycanda əhalinin say artımı tədricən davam etməkdədir. Hal hazırda respublikamızda əhalinin sayı 8,6 mln. nəfər təşkil edir. Əlbəttə ki, bizim respublikamızda da uşaq ölümü, işsizlik və miqrasiya problemləri həllini tam şəkildə tapmayıb. Belə vəziyyətdə əsas diqqət əhalinin sağlamlığının qorunmasına və səhiyyənin səviyyəsinin yaxşılaşdırılmasına yetirilməlidir. Məsələn, Abşeron çimərliklərinin çoxunda çimmək qadağan olsa da müvafiq orqanlar tərəfindən xüsusi çimərliklərin fəaliyyəti dayandırılmır. Başqa bir nümunə olaraq xırda satışda olan bir çox keyfiyyətsiz ərzaq məhsulları. Məhz buna görə də əhali arasında zəhərlənmə hallarını tez-tez müşahidə etmək olar. Bunların hamısı göstərir ki, əhalinin sağlamlığının qorunması ilə bağlı tədbirləri gücləndirmək lazımdır.

Çingiz İsmayılov

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com