Bol məhsulun əsası qoyulur

Qazax Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, ölkədə taxılçılığın inkişafına dövlət qayğısı sahibkarların bu sahəyə olan marağını daha da artırmışdır.
Havaların əlverişli keçməsindən istifadə edən fermerlər artıq 8.500 hektar sahədə şumlama işləri aparmışlar. Şumlanmış sahələrin 6.521 hektarında buğda, 1.816 hektarında isə arpa əkilmişdir.
Rayonda şum və taxıl səpini uğurla davam edir.
Xatırladaq ki, rayonun sahibkarları bu il 12 min 838 hektar sahədən 33 min 920 ton taxıl götürmüşlər.

AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com