Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

BP I rübdə 8 milyon ton “Azeri Light ” hasil edib

Cari ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda stabil hasilat davam edib.

BP-dən verilən məlumata görə, rüb ərzində AÇG-dən ümumi hasilat – Çıraq (54 min), Mərkəzi Azəri (159 min), Qərbi Azəri (129 min), Şərqi Azəri (71 min), Dərinsulu Günəşli (149 min) və Qərbi Çıraq (99 min) platformalarından birlikdə – gündə orta hesabla 661 min barel (b/g) və ya ümumilikdə 59 milyon barel, yəni təqribən 8 milyon ton təşkil edib.

Birinci rüb ərzində Qərbi Çıraq gündəlik hasilatı yüksəltməyə davam edib və hazırkı 116 min barel səviyyəsinə çatdırıb.

2015-ci ilin birinci rübü ərzində AÇG layihəsinə təqribən 160 milyon dollar əməliyyat məsrəfləri və 470 milyon dollar əsaslı məsrəflər xərclənib.

Rübün sonunda BP-nin AÇG-də ümumilikdə 84 neft hasilat quyusu və 40 qaz və su injektor quyusu istismarda idi.

2015-ci ilin birinci rübündə AÇG-də dörd neft hasilat quyusu qazılıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]