Bu gün jurnalistlərin peşə bayramıdır

Bünövrəsi 132 il bundan əvvəl iyulun 22-də H. Zərdabi tərəfindən qoyulan �Əkinçi� qəzetinin ilk çap nəşrinin buraxıldığı günü xalqımız Milli Mətbuat günü kimi qeyd edir. XX əsrin 80-ci illərindən milli mətbuatımız azad və demokratik mətbuat missiyasının, cəmiyyətin düşüncə və fikirlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın daşıyıcısı olub.
Bu gün dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına şərait yaradır və hakimiyyətin üç aparıcı qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına imkan yaradır.
Bir çox demokratik ölkələrdə olduğu kimi, bu gün Azərbaycanda Mətbuat Şurası yaradılıb və Mətbuat haqqında Qanun qəbul edilib və mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Azərbaycan artıq qlobal informasiya sisteminə, insan hüquq və azadlıqlarının təmin olunması üzrə bir sıra Beynəlxalq Konvensiya və Sazişlərə qoşulub.
Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində ölkə rəhbərliyinin fərmanı ilə söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar barədə maddələr əlavə edilib.
1998-ci il 16 avqust tarixli Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında ölkə rəhbərliyinin fərmanı ilə respublikada kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına təkan verməklə yanaşı, onların səmərəliliyinin artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycanda mətbuatın inkişafına müsbət təsir göstərən amillərdən biri də ölkənin nüfuzlu beynəlxalq təşkilata — Avropa Şurasına daxil olmasıdır.
Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar, söz və mətbuat azadlığı daha geniş miqyas almışdır.
Belə söz azadlığı olan bir ölkədə jurnalist adını daşımaq böyük fəxrdir. Belə jurnalistlərdən biri, vaxtsız aramızdan gedən, respublikanın görkəmli jurnalisti və gözəl insanı Məmməd Nazimoğlu idi. Fikrimcə, belə jurnalistlərlə xalqımız fəxr etməlidir.
Mən də öz adımdan və əməkdaşlarımız adından bütün jurnalistləri peşə bayramı münasibətilə təbrik edir, onlara möhkəm can sağlığı, bu şərəfli işlərində müvəffəqiyyətlər və çoxlu obyektiv yazılar arzulayırıq.
Peşə bayramınız mübarək!

Abdullayeva Könül

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com