Bu il Balakəndə 20 min tona yaxın qarğıdalı istehsal olunmuşdur

Bu il Balakəndə 20 min tona yaxın qarğıdalı istehsal olunmuşdur Balakən rayonunun təsərrüfatlarında qarğıdalı yığımı başa çatmışdır. Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, bu il rayonda qarğıdalı bitkisinin əkin sahələri əvvəlki ilə nisbətən 273 hektar artırılaraq 4 min 865 hektara çatdırılmışdır. Balakən rayonunun təsərrüfatlarında qarğıdalı yığımı başa çatmışdır.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, bu il rayonda qarğıdalı bitkisinin əkin sahələri əvvəlki ilə nisbətən 273 hektar artırılaraq 4 min 865 hektara çatdırılmışdır. Balakənli fermerlər bu il 19 min 919 ton dən qarğıdalı istehsal etmişlər. Bu, əvvəlki illə müqayisədə 2 min 267 ton çoxdur. Hər hektardan orta hesabla 40,9 sentner məhsul götürülmüşdür. Toplanmış məhsul �Azəryemsənaye� MMC-nin rayonda fəaliyyət göstərən yem fabrikinə təhvil verilmişdir.Hazırda rayonun şəxsi və fermer təsərrüfatlarında meyvə və tərəvəz yığımı da mütəşəkkil davam edir. Mövsümün əvvəlindən indiyədək 27 min tondan çox meyvə, 17 min 253 ton tərəvəz istehsal edilmişdir.

AzərTAc

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com