Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Bu ilin 11 ayında 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

Bu ilin 11 ayı ərzində 38020 nəfərə müvəqqəti, 2752 nəfərə daimi yaşama icazələri verilib. 378-i vətəndaşlığı olmayan şəxs olmaqla 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib. Üç nəfər ərizəçiyə, ailə üzvləri ilə birlikdə 8 nəfərə qaçqın statusu verilib.

Bunu Dövlәt Miqrasiya Xidmәti (DMX) rәisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pәrviz Musayev Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbirdə deyib.

P.Musayev bildirib ki, Azərbaycan hökuməti miqrantların hüquqlarının qorunması istiqamətində iş aparır. Qeyd edilib ki, 67 şəxs qaçqın statusu ilə Dövlət Miqrasiya Xidmətində qeydiyyatındadır. Onlardan 44 nəfər ərizəçi, 23 nəfər isə ərizəçinin ailə üzvləridir. On min nəfərdən çox əcnəbinin könüllü öz ölkələrinə qayıtmaları təmin edilib.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]