Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

BVF: Bu il neftin qiymətində ciddi dəyişiklik olmayacaq

BVF: Bu il neftin qiymətində ciddi dəyişiklik olmayacaq2015-ci il ərzində neftin qiymətində ciddi dəyişiklik olmayacaq. Trend-in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan missiyasının rəhbəri Raca Almarzoqi deyib.

O, hesab edir ki, 2019-cu ilə kimi dünya bazarında qara qızılın qiyməti 75-79 ABŞ dolları civarında dəyişəcək.

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Qafqaz və Orta Asiya üzrə regional iqtisadi perspektivlər” mövzusu üzrə çıxışında R.Almarzoqi qeyd edib ki, bu il ərzində dünya bazarlarında təbii qaz, metallar və qida məhsullarında ucuzlaşma tendensiyası davam edəcək.

BVF missiyasının rəhbəri bunun əsas səbəbini şist nefti hasilatında və xam neftə tələbatın azalmasında görüb.

Ekspert region iqtisadiyyatında baş verən proseslərə də münasibətini bildirib. O, qeyd edib ki, neftin qiymətinin düşməsi iqtisadi inkişaf üçün risklər yaradıb. Xüsusən də Rusiya iqtisadiyyatında son ilərdə baş verən tənəzzül prosesi regional idxal-ixrac əməliyyatlarına ciddi təsir göstərir. ABŞ-ın pul siyasəti, xüsusilə, dolların möhkəmlənməsi də öz təsirini göstərir.

Onun sözlərinə görə, region ölkələrində xərclərin tənzimlənməsi, özəl sektora diqqətin artırılması və stimullaşdırılmasına ehtiyac var.

R.Almarzoqi ortamüddətli iqtisadi inkişafa nail olmaq üçün pul siyasətində sərtləşdirmə, çevik məzənnə, maliyyə sabitliyi, struktur islahatlarının aparılmasını, xidmət sektorunun təkmilləşdirməsini tövsiyə edib.

ADİU rektoru, professor Ədalət Muradov isə qeyd edib ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları ölkə iqtisadiyyatının, xüsusilə də xidmət sektorunun sonrakı inkişafına töhfə verəcək.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]