Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

BVF: Ermənistan iqtisadiyyatında artım olmayacaq

“Bu il Ermənistan iqtisadiyyatında ümumiyyətlə artım olmayacaq, il 0 artımla yekunlaşacaq”.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Valyuta Fondunun Mərkəzi Asiya və Yaxın Şərq departamentinin direktoru Məsud Əhməd jurnalistlərə deyib.

Onun sözlərinə görə, Ermənistan 2009-ci il dünya maliyyə-iqtisadi böhranının fəsadlarını hiss etməyə davam edir və Rusiyada iqtisadi böhranın mənfi təsiri altında itkilər verir, xarici transfertlər və ixrac azalıb.

M.Əhməd qeyd edib ki, əgər Ermənistan iqtisadi inkişafı təmin etmək istəyirsə, böyük həcmdə investisiyalar cəlb etməlidir: “Üstəlik, investisiyalar daxili vəsaitlər hesabına olmalıdır”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]