Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

BVF IV maddə üzrə Azərbaycanla məsləhətləşmələr aparacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası 2015-ci il dekabrın əvvəlində BVF Sazişlər Maddəsinin IV maddəsi üzrə Azərbaycanla illik məsləhətləşmələrin keçirilməsi üçün Bakıya gələcək.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi deyib.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycan Mərkəzi Bankının qızıl valyuta ehtiyatlarının azalmasına baxmayaraq, vəziyyətin sabitləşdiyi müşahidə edilir: “Düşünürük ki, hökumət öz qızıl valyuta ehtiyatlarını qoruyub saxlaya biləcək. Buna, həmçinin IV maddə çərçivəsində BVF-nin qiymətləndirici missiyasının məsləhətləri və tövsiyələri səbəb olub”.

Qeyd edək ki, R.Almarzoqinin başçılığı altında BVF-nin missiyası iyunun 1-dən Bakıdadır. Səfər çərçivəsində hökumət, QHT nümayəndələri, diplomatik missiyalar və başqaları ilə müzakirələr aparılıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]