Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

“Caspian Agro 2015 ” sərgisinin iştirakçılarının 50 faizi yeni şirkətlər olacaq

Mayın 21-də kənd təsərrüfatı təyinatlı məhsul və texnika istehsalçılarının iri regional forumu – 9-cu Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı (“Caspian Agro 2015”) sərgisi start götürəcək.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda “Kənd təsərrüfatı ili”nə təsadüf edən bu sərgi aqrar sənaye kompleksinin mütəxəssisləri, fermerlər, kənd təsərrüfatı məhsullarının distribüterləri, balıq təsərrüfatı və un istehsal edən zavodların sahibləri, habelə Azərbaycanda kənd təsərrüfatının inkişafına maraq göstərən və bu prosesdə fəal iştirak edən insanların görüş yerinə çevriləcək. Sərgidə kənd təsərrüfatı sahəsi üzrə yeniliklər, işgüzar əlaqələr, kənd təsərrüfatı sahəsinin yeni inkişaf mərhələsinə cəlb olunmuş dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər və xarici həmkarların təcrübəsi qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətədavamlı olmasına və investisiya həcminin artmasına kömək edəcək. Sərgi 2015-ci il may ayının 21-dən 23-nə kimi Bakı Ekspo Mərkəzində davam edəcək.

Ümumilikdə, sərgi kənd təsərrüfatı sektorunun ən aktual sahələrini əhatə edəcək, belə ki, sərgidə maldarlıq, suvarma, irriqasiya və digər sistemlər geniş şəkildə təqdim olunacaq. Həmçinin, heyvan və quşların saxlanması və yemlənməsi, eləcə də kənd təsərrüfatı məhsullarının sonrakı emalı üçün ən son avadanlıqlar, yemin hazırlanması və saxlanması üçün müasir texnika, o cümlədən mikroiqlimin dəstəklənməsi, enerji istehsalı və ətraf mühitim mühafizəsi üzrə texnika nümunələri və baytarlıq preparatları, heyvan və quşların saxlanma yerlərinin tikintisi üzrə layihələrlə yanaşı, heyvandarlıq proqramları, mal-qara sürüsünün reproduksiyası üzrə metodikalar və bir sıra digər məsələlər sərgi ziyarətçilərinin diqqətini cəlb edəcək.

İlk dəfə olaraq, sərgidə Şri-Lanka və İordaniya şirkətləri də iştirak edəcəklər. Ümumilikdə, sərgi iştirakçılarının 50%-ni yeni şirkətlər təşkil edəcək.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]