Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Çexiya prezidenti Bakıda yeni iqtisadi layihələri müzakirə edəcək

Çexiya Azərbaycana iqtisadi əməkdaşlıqla bağlı yeni təkliflər irəli sürəcək. Bu barədə Trend-ə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev deyib.

O bildirib ki, Çexiya hökuməti Azərbaycanın kənd təsərrüfatı, tikinti, nəqliyyat infrastrukturu və başqa sahələrdə çex şirkətlərinin iştirakının genişləndiriləcəyinə böyük ümidlər bəsləyir.

Diplomat qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq perspektivləri Çexiya Prezidenti Miloş Zemanın sentyabrın 14-15-də Azərbaycana nəzərdə tutulmuş rəsmi səfəri zamanı müzakirə ediləcək.

F.Şəfiyev bildirib ki, Çexiya Prezidentinin səfəri zamanı onu biznes dairələrindən təxminən 60 nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək ki, bu da ölkənin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğundan xəbər verir.

Səfir qeyd edib ki, çexiyalı biznesmenlər azərbaycanlı həmkarları ilə görüşlər keçirəcək və bu görüşlər zamanı çex şirkətləri azərbaycanlı həmkarlarına bir sıra layihələr təqdim edəcək.

Diplomat həmçinin Çexiyanın Azərbaycana investisiyalar üçün açıq olduğunu da bildirib.

F.Şəfiyev qeyd edib ki, son 10 ildə Azərbaycan şirkətləri də daxil olmaqla, xarici şirkətlər Çexiya, xüsusilə Karlova Varıda daşınmaz əmlak sahəsinə maraq göstərir.

Səfir Çexiya Prezidentinin Azərbaycana səfərinin iki ölkə münasibətlərinə əlavə təkan verəcəyini qeyd edib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]