Sorğu

Loading ... Loading ...

Təqvim

July 2018
M T W T F S S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Coğrafiya İnstitutu: Şamaxıdakı palçıq vulkanının gələcəkdə daha güclü püskürməsi ehtimalı var

Akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında Şamaxı rayonunun Quşçu palçıq vulkanına ezamiyyələri haqqında məlumat dinlənilib.

Bu barədə Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verilib.

Bildirilib ki, tədqiqatçı alimlər Quşçu kəndində püskürmüş palçıq vulkanında olub, ərazini tədqiq edib, yerli sakinlərlə görüş keçiriblər. Məruzəçi bildirib ki, Quşçu palçıq vulkanı Şamaxı şəhərindən 20 km cənubda Ləngəbiz silsiləsi üzərində eyni adlı kənddən 150-200 m şimal-şərqdə yerləşir.

Qeyd olunub ki, Quşçu vulkanı son 100 ildə bir neçə dəfə güclü püskürməyə məruz qalıbr. Elmi mənbələrin araşdırılması göstərmişdir ki, palçıq vulkanının bizə məlum olan ilk püskürməsi 1913-cü ildə, sonuncu isə bu il yanvarın 16-da baş verib. 1992 və 2008-ci illərdəki püskürmə yeraltı gurultu və yanar qazla müşahidə olunub. Yerli sakinlərin məlumatına görə bu illərdəki püskürmə zamanı alov sütununun hündürlüyü 150-200 m-ə qədər qalxıb.

Sonuncu püskürmə gecə saat 01 radələrində baş vermiş, güclü yeraltı gurultu ilə müşahidə olunmuş, kraterdə qaz alovlanmışdır. Kənd sakinləri vulkan püskürməsi zamanı lavanın 10 m-ə qədər havaya qalxdığını müşahidə ediblər. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, lavanın uzunluğu 150-200 m olmaqla 30-35 sm qalınlığa malikdir.

Çöl tədqiqatı zamanı müəyyən olunub ki, 100 ildə dəfələrlə vulkan püskürməsi nəticəsində təbii torpaq örtüyünü basdırılmış vəziyyətə gətirib. Bunun nəticəsi olaraq palçıq vulkanı ətrafında tamamilə fərqli bitki örtüyünə malik landşaftlar formalaşıb. Yuyulma nəticəsində ətraf ərazilərə yayılmış kimyəvi elementlər torpaqların məhsuldarlığına ciddi təsir göstərib. Vulkanın lava sərhədləri yaxınlığında istər əkin sahələrində, istərsə də vulkana yaxın həyətyanı sahələrdə kənd təsərrüfatı bitkilərində məhsuldarlıq çox aşağıdır.

Vulkanın püskürmə materiallarında yüksək dərəcədə konsentrasiya olunmuş mikroelementlər və ağır metallar ev heyvanlarının orqanizminə, nəticədə isə insan orqanizminə daxil olur. Bu elementlər yol verilə bilən ekoloji normanı keçdikdə bir sıra ciddi xəstəliklərin yaranmasına səbəb olur. Müşahidələr və araşdırmalar nəticəsində məlum olmuşdur ki, bor, molibden və stronsium vulkan materiallarının ifrat dərəcədə bitki və suya keçməsi heyvanlarda bir sıra endemik xəstəliklər yaradır.

Coğrafiya üzrə fəlsəfə doktoru Elxan Məmmədbəyov qeyd edib ki, seysmik proseslər palçıq vulkanlarının püskürməsində mühüm rol oynayır. Tədqiq olunan palçıq vulkanı da seysmik cəhətdən aktiv zonada yerləşdiyindən gələcəkdə də bu vulkanın daha güclü püskürməsi ehtimalı vardır. Bütün bunlar nəzərə alınaraq Quşçu kənd ictimaiyyəti ilə görüş zamanı kəndin yaxınlığında olan palçıq vulkanının yarada biləcəyi təhlükə və risklər barədə sakinlərlə maarifləndirmə işi aparılıb.

Report

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com