Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

“Contact” ödəniş sistemi Ermənistana pul köçürmələrini tamamilə dayandırıb

“Contact” ödəniş sistemi arası kəsilməyən provokasiyalar ilə əlaqədar olaraq Ermənistan ərazisində fəaliyyət göstərən banklar və maliyyə təşkilatları ilə əməkdaşlığı dayandırıb. Trend-in verdiyi xəbərə əsasən, bu barədə sistemin bu gün yaydığı məlumatında deyilir.

Məlumatda deyilir: “Tərəfdaşlar tərəfindən ödəniş sisteminin qaydaları və müqavilə öhdəliklərinin icra edilməməsi hallarının artması nəticəsində “Contact” sistemi hazırda Ermənistana pul köçürmələrini dayandırıb. Bu hal ölkədəki bütün tərəfdaşların şərtləri yerinə yetirənədək davam edəcək”.

Tərəfdaşlardan birinin 2015-ci il aprelin ortalarında Dağlıq Qarabağ ərazisində icazəsiz ilk ödənişindən sonra “Contact” sistemi tərəfindən əlavə zəmanətlər və bu ərazidə sözügedən sistemin pul köçürmələri xidmətinin moratoriumuna əməl edilməsinin rəsmi təsdiqi tələb olunub. Müəyyən edilmiş müddət ərzində zəmanətlər təqdim edilmədiyinə görə, Ermənistan ərazisində bütün tərəfdaşların fəaliyyəti tamamilə dayandırılıb.

“Contact” sistemi Azərbaycanın Mərkəzi Bankı ilə işçi vəziyyətdədir.

Məlumatda deyilir: ““Contact” ödəniş sistemi bir daha vurğulayır ki, Azərbaycanın bütün qanunverici tələblərinə məsuliyyətlə yanaşır və onları qeyd-şərtsiz yerinə yetirir”.

Sistemin məlumatında həmçinin bildirilib ki, “Contact” Azərbaycan bankları ilə əməkdaşlığı yüksək qiymətləndirir, baş vermiş hadisənin iştirakçı banklar və sistem arasındakı münasibətə təsir etməyəcəyinə ümid edir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]