Sorğu

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

CİS-in inkişaf tarixi

Yaxın keçmişə nəzər salaraq coğrafi informasiya sistemlərinin meydana gəlməsi şəraiti ilə tanış olaq. Ötən əsrin 60-cı illərində Kanadanın Təbii sərvətlər və inkişaf nazirliyində bir sıra mütəxəssislər qrupu fəaliyyət göstərirdi. Bu qrup, ölkənin bütün meşə və mineral ehtiyatlarının, flora və faunasının, suyun kəmiyyət və keyfiyyət uçotunun aparılması tapşırığını yerinə yetirirdi. Bundan əlavə, həmin qrupdan tələb olunurdu ki, yuxarıda göstərilən ehtiyatlardan hansının istifadəyə yararlı olması və ya kifayət həcmdə olmamasını qiymətləndirilsin. Eyni zamanda bu ehtiyatların 20 il və 100 il üçün kəmiyyət və keyfiyyət dəyişikliklərinin proqnozlaşdırılması tələb olunurdu. Göründüyü kimi, burada böyük həcmdə informasiyanın toplanması, sistemləşdirilməsi, təşkili, təhlili və modelləşdirilməsi həyata keçirilməli idi. Digər tərəfdən isə qarşıya qoyulmuş problemin informasiya baxımından agılasığmaz dərəcədə geniş olmasına baxmayaraq qeyd etmək olar ki, bu ətraf mühitin idarə olunması üçün səciyyəvi problemdir. Bu problemin həlli üçün ilk addım kimi müxtəlif mövzulu xəritələrin tərtib olunması məqsədəuyğun sayıla bilərdi, lakin ənənəvi üsullarla təbii ehtiyatlar xəritəsinin tərtibində bir sıra problemlər meydana çıxdı. Bunlar aşağıdakılar idi:
– Kanada kimi böyük əraziyə malik olan bir ölkənin təbii ehtiyatlarını xəritələşdirmək üçün yüzlərlə əlavə kartoqrafın işə cəlb olunması
– Çoxlu vaxt və maliyyə vəsaitinin tələb olunması
– Ərazinin topoqrafiya, bitki örtüyü, torpaq xəritələrinin müxtəlif keyfiyyətə və miqyasa malik olması və s.
Ətraf mühitin tədqiqində zaman faktoru mühüm rol oynayır. Əgər hər hansı xəritələşdirmə prosesi 10-15 il davam edərsə, layihə başa çatana kimi xəritələşdirilən təbii ehtiyat yox ola bilər. Ona görə də ətraf mühitin tədqiqi üçün xəritələşdirmə prosesi mümkün qədər qısa zaman kəsiyində həyata keçirilməlidir. Bu cür faktorları nəzərə alan Kanada mütəxəssisləri əlbəttə ki, kompüterlərdən istifadə etməyi düşünməyə bilməzdilər. Lakin burada da problemlər mövcud idi. O zamanlar kompüterlərin imkanı məhdud idi və onlardan əsasən cəbr və triqonometriya məsələlərində istifadə olunurdu. Kompüterin texniki imkanları da məhdud idi. Kompüterlərin yaddaşı zəif, qrafiki işlərin aparılması isə mümkün deyildi. Ən başlıca problemlərdən biri isə ondan ibarət idi ki, qrafiki materialları kompüterə daxil etmək imkanı yox idi.
Yuxarıda göstərilən problemlərin həlli 1960-cı illərin əvvəllərində Kanadanın meşə təsərrüfatı və kənd təsərrüfatının inkişafı nazirliyi mütəxəssislərinə tapşırılmışdı. Bu məqsədlə ilk dəfə olaraq həmin nazirlikdə regional planlaşdırmanın informasiya sistemləri şöbəsi yaradıldı. Bu şöbənin hazırlamış olduğu sistem isə dünyada ilk geoinformasiya sistemi adlandırıla bilər. İlk geoinformasiya sisteminin əsas vəzifəsi Kanadanın torpaq ehtiyatlarının təsnifatlaşdırılması və xəritələşdirilməsindən ibarət idi.

Alıyev Elvin

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com