Sorğu

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« May    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların fəaliyyəti qənaətbəxş deyil

“Dağlıq Qarabağ münaqişəsinin beynəxlalq hüquq çərçivəsində ədalətli və tezliklə həlli GUAM-da mövcud digər münaqişələrin də aradan qaldırılmasına yol açacaq”.
Bu barədə Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin üzvü Əli Məsimli PA-nın Tbilisidə keçirilən 10-cu illik sessiyasında çıxışında deyib. O bildirib ki, 2016-cı aprelində təmas xəttində baş vermiş döyüşlər göstərdi ki, Ermənistana xaricdən dəstək olmasa, Azərbaycan işğal altındakı torpaqlarını bir neçə günə azad edə bilər: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların fəaliyyəti qənaətbəxş deyil. ATƏT-in Minsk qrupu fəliyyətini daha da  gücləndirməlidir”.
Ə. Məsimlinin sözlərinə görə, GUAM ölkələrinin əsas problemi ərazi bütövlüyü ilə bağlıdır: “GUAM ölkələri üçün beynəxlalq dəstək çox vacibdir. Ona görə də ərazi bütövlüyünün bərpası üçün beynəlxalq aləm tərəfindən yeni effektiv mexanizmlər tətbiq olunmalıdır”.
Regionda həyata keçirilən genişmiqyaslı iqtisadi layihələrə toxunan Ə.Məsimli qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu regionun iqtisadi inkişafına böyük təkan verəcək:  “Bu layihədən Ermənistan da faydalana bilərdi. Lakin təəssüf ki, Ermənistan Qarabağ tələsinə düşüb və siyasi oyunların obyektinə çevrilib”.

APA

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com