Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Daha bir kəndə qaz verildi

Bu gün Cəlilabad rayonunun Cəfərxanlı kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 127 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 629 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 12 131 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 127 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]