Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Devid Kemeron: “Azərbaycan resursları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq”

Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Trend-in məlumatına əsasən, bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeronun 22-ci Beynəlxalq Xəzər Neft və Qaz – Caspian Oil & Gas 2015 sərgisinin iştirakçılarına ünvanlanan məktubunda deyilir.

Məktubda həmçinin Böyük Britaniya şirkətlərinin Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində iştirakından məmnunluğu ifadə olunub və qeyd edilib ki, Avropa marşrutları və enerji resurları tədarük mənbələrini şaxələndirməlidir və bu məsələdə “Cənub qaz dəhlizi” layihəsi mühüm rol oynayacaq.

Bundan başqa, Böyük Britaniyanın baş naziri məktubunda Bakıda “Cənub qaz dəhlizi” Konsultativ Şurasının ilk iclasının uğurla keçirilməsi, habelə Trans-Anadolu qaz xəttinin (TANAP) Türkiyədə təməlqoyma mərasimi münasibətilə Azərbaycan hökumətini təbrik edib.

Nazir TANAP layihəsinin vaxtında və effektiv icra olunacağına əminliyini bildirib: “Əminəm ki, bu layihə reallaşacaq. BP şirkətinin bu işdə iştirak etməsi məni sevindirir”.

Məktubda qeyd edilib ki, Azərbaycanın dostu və tərəfdaşı kimi Böyük Britaniya uzun illər enerji tədarükünün sabitliyini təmin etmək cəhdlərində layihənin bütün iştirakçılarına yeni-yeni uğurlar arzulayıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]