Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

DİN-in səyyar xidməti Masazırda 103 nəfərə şəxsiyyət vəsiqəsi verib


APA. Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə bütün bölgələrdə şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Abşeron rayonunda baş tutub.

Masazır qəsəbəsində yerləşən, hər iki valideyn himayəsindən mərhum olunmuş şəxslərin yaşadıqları Məzun Evində keçirilmiş səyyar xidmət zamanı ümumilikdə 103 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]