Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Dnepropetrovsk-Bakı aviareysi açılır

İyunun 6-da Dnepropetrovsk vilayətindən Bakı şəhərinə yeni təyyarə reysi açılacaq.

Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın çoxsaylı müraciətinə əsasən açılan Dnepropetrovsk-Bakı, Bakı-Dnepropetrovsk təyyarə reysini “Dniproavia” aviaşirkəti həyata keçirəcək.

Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev Trend-ə bildirib ki, yay mövsümündə belə bir təyyarə reysinin açılması vilayətdə yaşayan 30 mindən çox azərbaycanlının, xüsusən də Şərqi Ukraynada təhsil alan minlərlə azərbaycanlı tələbənin Vətənə gediş-gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq.

Onun sözlərinə görə, Dnepropetrovsk-Bakı təyyarə reysi, həmçinin Xarkov, Zaporojye, Donetsk, Poltava və Sumı vilayətlərində yaşayan minlərlə soydaşlarımıza da xidmət edəcək. Şərqi Ukraynada yaşayan soydaşlarımız Vətənə getmək üçün hökmən 600-700 km məsafə qət etməklə məcburən Kiyev-Bakı təyyarə reysindən istifadə edirdilər.

”Dniproavia” şirkətinin məlumatına görə, Dnepropetrovsk-Bakı təyyarə reysi ilkin olaraq uçuşlarını iyunun 6-dan başlayaraq hər həftənin şənbə günü yerli vaxtla səhər saat 07:30-da Dnepropetrovsk şəhərindən, 14:10-da isə Bakıdan həyata keçirəcək.

Şirkət sərnişinlərin tələbinə uyğun olaraq iyul ayından etibarən reysin sayını həftədə 2 dəfəyədək artırmağı da nəzərdə tutub. Yeni təyyarə reysinə bilet almaq istəyən sərnişinlər Dniproavia.com saytına və istənilən aviabilet satışı agentliklərinə müraciət edə bilərlər.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]