Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

“Domodedovo”da baş vermiş yanğın Bakı-Moskva aviareyslərinin həyata keçirilməsinə təsir göstərməyib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) təyyarələrinin Bakı-Moskva marşrutu üzrə uçuşları normal rejimdə, bütün uçuşlar və enişlər qrafikə uyğun həyata keçirilir. Bu barədə Trend-ə AZAL-dan məlumat verilib.

Məlumatda bildirilir ki, Bakı vaxtı ilə saat 11:00-da Beynəlxalq Heydər Əliyev hava limanından havaya qalxan təyyarə qrafikə uyğun olaraq Moskvanın “Domodedovo” aeroportuna eniş edəcək.

Xatırladaq ki, “Domodedovo” hava limanının kürsülü mərtəbəsində baş verən yanğın nəticəsində uçuşlar qismən dayandırılmış və minlərlə insan təxliyə edilmişdi.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]