Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

“Donuz qripi” ilə bağlı bütün təhsil müəssisələrində dezinfeksiya işləri aparılacaq


O bildirib ki, dezinfeksiya işlərinə fevrala ayının birinci 15 günlüyündə başlanılacaq: “Bizim dezinfeksiya tədbirlərini həyata keçirməyimiz üçün heç bir problem yoxdur”.

Direktor müavini qeyd edib ki, liseylər, gimnaziyalar, universitetlər və kolleclərdə dezinfeksiya işləri dərs qrafikindən kənar vaxtlarda aparılacaq: “Müəssisə rəhbərləri ilə danışılacaq. Əvvəlcədən razılaşdırılacaq ki, dezinfeksiya işləri tədris qrafikindən kənara vaxtlarda aparılsın”.

V. Abdullayev onu da əlavə edib ki, dezinfeksiya işləri Bakı, Sumqayıt və Gəncə şəhərlərini əhatə edəcək.

Qeyd edək ki, Azərbaycanda “donuz qripi” aşkarlanmayıb. “Donuz qripi” təhlükəsi ilə əlaqədar Azərbaycanın rayonlarındakı mərkəzi xəstəxanaların yoluxucu xəstəliklər şöbələrində, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında xüsusi palatalar ayrılıb.

“Donuz qripi” təhlükəsinə qarşı Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki 471 məktəb və 417 uşaq bağçasında dezinfeksiya işləri aparılıb.

Eyni zamanda, səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında “donuz qripi”nin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb. “Donuz qripi” xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripixəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılıb.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]