Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

“Dövlət qurumlarında vətəndaşların müraciətlərinə baxılması zamanı qanunvericiliyin tələblərinə riayət olunmasının monitorinqi”

PRESS-RELİZ

“Dövlət qurumlarında vətəndaşların müraciətlərinə baxılması zamanı qanunvericiliyin tələblərinə riayət olunmasının monitorinqi”

“İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu” 10.04.2015-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dövlət qurumlarında vətəndaşların müraciətlərinə baxılması zamanı qanunvericiliyin tələblərinə riayət olunmasının monitorinqi” layihəsinə yekun vurmuşdur. Layihənin əsas məqsədini vətəndaşların müraciətlərinə dövlət orqanları tərəfindən çevik reaksiya göstərilməsinin, müraciətlərin qanunvericiliyin tələbləri çərçivəsində cavablandırılmasının araşdırılması təşkil etmişdir. 5 ay davam edən layihə müddətində nəzərdə tutulmuş dövlət qurumlarının şöbələri ilə əməkdaşlıq edilmişdir. İlk növbədə dövlət orqanlarının vətəndaşlarla iş şöbələrinin fəaliyyəti, onların “Qaynar xətt” xidmətləri və vətəndaşlara əlçatımlığı monitorinq edilmişdir. Həmin qurumlara daxil olan şikayətlərin məzmunu, statistikası, onların həlli yolları araşdırılmışdır. Seçilmiş bir sıra dövlət qurumlarının kargüzalıq və vətəndaşlarla işləyən şöbələrində qeydiyyata alınmış sənədlərlə tanış olunmuş, müvafiq qeydlər aparılmışdır. Layihə çərçivəsində cari il ərzində vətəndaşların qeydə alınmış müraciətlərinin və onlara verilən cavabların “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılmışdır. Həmçinin qanunvericiliyin tələblərini kobud surətdə pozan dövlət müəssisələri barədə məlumatlar, yolverilən nöqsanlar və kobud pozuntular qeydə alınaraq informasiyalar toplanmışdır.

Hesab edirik ki, bu tip layihələrin icrası qanunun aliliyi baxımından daha effektlidir.

Mətbuat Xidməti

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]