Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

DSX rəisi Elçin Quliyev Lənkəranda vətəndaşları qəbul edib


(DSX) rəisi – Sərhəd Qoşunları Komandanı, general-polkovnik Elçin Quliyev fevralın 18-də Lənkəran Sərhəd Dəstəsində Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərini qəbul edib.

APA-nın cənub bürosunun məlumatına görə, qəbul zamanı DSX-də xidmətə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, sosial müavinətlərin verilməsi, tibbi yardımım göstərilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı E.Quliyevə müraciətlər olunub.

Vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyən DSX rəisi əksər məsələlərin yerindəcə həll olunması üçün tabeliyindəki strukturların rəhbərlərinə göstərişlərini verib.
DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]