Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Dünya Bankı 2015-ci il üzrə Azərbaycanda iqtisadi artım proqnozuna yenidən baxıb

Dünya Bankı (DB) 2015-ci il üzrə Azərbaycanda ÜDM artımını 1,5 faiz səviyyəsində proqnozlaşdırır. Trend xəbər verir ki, bu barədə “Global Economic Prospects” bankının saytında yerləşdirilən iyun ayının hesabatında qeyd olunur.

Əvvəlki hesabatdakı məlumata görə, cari ildə Azərbaycanda ÜDM artımı 4,4 faiz səviyyəsində gözlənilirdi.

Yenilənmiş hesabatda isə deyilir ki, DB 2016-cı ildə Azərbaycanda ÜDM artımını 2,6 faiz, 2017-ci ildə isə 2,7 faiz səviyyəsində olacağını gözləyir.

Bankın qiymətləndirmələrinə görə, bununla yanaşı, Avropa və Mərkəzi Asiya ölkələrində (DB-nin Azərbaycanı da aid etdiyi) iqtisadi artım 2015-ci ildə 1,8 faiz, 2016-cı ildə 3,4 faiz, 2017-ci ildə 3,6 faiz təşkil edəcək.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]