Sorğu

Loading ... Loading ...

Təqvim

December 2019
M T W T F S S
« Nov    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Dünya Bankı Azərbaycanda iki yol layihəsinin təftişini aparacaq

Azərbaycanda yol layihələrinin reallaşdırılmasının gedişi ilə tanış olmaq üçün Dünya Bankının (DB) missiyası mayın 5-də Bakıya səfər edir. DB-nin Bakı nümayəndəliyindən bildiriblər ki, missiyanın səfəri mayın 16-da bitəcək.

Nümayəndəlikdən qeyd ediblər ki, layihə rəhbəri Elizabet Vanqın başçılıq etdiyi icmal missiyası ikinci və üçüncü yol layihələrinin (Highway II və Highway III) reallaşdırılmasının gedişilə tanış olacaq.

Səfər çərçivəsində missiya üzvlərinin Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC-nin nümayəndələri ilə görüşlər keçirməsi gözlənilir.

Nümayəndəlikdən deyiblər ki, hər iki layihə qrafik üzrə reallaşdırılır: “Bütün işlər qrafikə uyğun aparılır. Bir neçə il əvvəl bu layihələrin restrukturizasiyası aparılıb, yəni onlar optimallaşdırılıb, buna görə də hazırda onların maliyyələşdirilməsinin artırılmasına zərurət yoxdur”.
/trend.az/

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com