Ekologiya və təbii sərvətlər naziri  Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək

Nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən, Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov fevralın 22-də Salyan rayonunda Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək. Görüş saat 10:00-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Cavadxan küçəsi, 15) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-407-45-54, 050-381-38-91, 025-24-5-27-93) xahiş olunur.

 

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com