Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Ekspert: Komissiyanın azaldılması kreditlərin bahalaşmasını stimullaşdıra bilər

İstehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı bank xidmətlərinə görə komissiyanın azaldılması kreditlər üzrə faiz dərəcələrinin artmasını stimullaşdıra bilər. Bunu Trend-ə Azərbaycan Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev deyib.

Onun sözlərinə görə, təbii ki, bu, bankların komissiya gəlirlərinə mənfi təsir edəcək: “Çünki onların bəziləri 5-7 faiz həcmində komissiya haqqı tətbiq edirdilər və mümkün itkiləri kompensasiya etmək üçün banklar kreditlər üzrə faiz dərəcələrini artıra bilərlər”.

Bununla belə, C.Abdullayev hesab edir ki, Azərbaycan banklarında kreditlərin rəsmiləşdirilməsində komissiya digər ölkələrlə müqayisədə xeyli yüksəkdir: “Digər ölkələrdə kreditlər üzrə faiz dərəcələri 5-7 faiz arasında dəyişir, bizdə isə belə faiz dərəcələri komissiya yığımlarında tətbiq edilir. Azərbaycan Mərkəzi Bankı son 3 ildə bir neçə dəfə bankları komissiya ödənişini və kreditlər üzrə faiz dərəcələrini azaltmağa çağırmışdı. Bəzi banklar Mərkəzi Bankın tövsiyələrini nəzərə alsalar da, bu, kütləvi xarakter daşımadığından AMB inzibati tədbirlərə əl atmaq məcburiyyətində qaldı”.

O, əlavə edib ki, komissiya yığımlarının azaldılması kreditləşmənin dayandırılması və ya məhdudlaşdırılmasına səbəb olmamalıdır.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]