Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Elmar Məmmədyarov: Azərbaycan “Cənub Qaz Dəhlizi “nin icrası üçün Aİ-nin daha güclü dəstəyini gözləyir

Azərbaycan “Cənub Qaz Dəhlizi”nin icrası üçün Avropa İttifaqının (Aİ) daha güclü dəstəyini gözləyir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov “Şərq Tərəfdaşlığı” üzrə 4-cü Riqa sammitində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, “Şərq Tərəfdaşlığı” üzrə Vilnüs sammiti tərəfdaşların Aİ ilə əməkdaşlığına stimul vermək məqsədilə hədəflər müəyyən edib: “Bu məqsədə çatmaq istiqamətindəki iş daha geniş və güclü dialoqa çağıran yeni geosiyasi problemlərin təsirinə məruz qalıb. Azərbaycana timsalında Aİ ilə münasibətlərin gücləndirilməsi istiqamətindəki siyasətin mərkəzində praqmatiklik və hədəflənmiş yanaşma qalmaqdadır”.

E.Məmmədyarov bildirib ki, 2004-cü ildən etibarən Azərbaycanda ÜDM 3,5 dəfə artıb ki, bu da dünyada rekord rəqəmdir: “Son 11 ildə investisiyaların həcmi 180 milyard ABŞ dollarına çatıb. Bizim 2004-cü ildə 1,8 milyarda bərabər olan xarici valyuta ehtiyatlarımız hazırda 50 milyard ABŞ dollarını keçir. Nüfuzlu beynəlxalq təşkilatların iqtisadi göstəriciləri Azərbaycanın regionda dayanıqlı iqtisadi artıma malik olan qabaqcıl ölkə olduğunu təsdiq edir. Bütün bu nailiyyətlər ölkənin davamlı siyasi islahatları ilə birlikdə addımlayan müasirləşməsinə töhfə verir. Azərbaycan fəal vətəndaş cəmiyyəti və ictimai iştirakın ölkədəki demokratik həmrəylik və iqtisadi inkişafda aktiv rol oynaya biləcəyini qəbul edir. Siyasi stabillik bizə bütün dünyadakı tərəfdaşlarımızla əməkdaşlığımızı gücləndirmək üçün üstünlüklər verən qiymətli nailiyyətimizdir”.

O deyib ki, dərin tarixi köklərə malik olan çoxmədəniyyətli cəmiyyət Azərbaycanı “sülh və rifah adası”na çevirir: “Bu gün bütün etnik qruplar və dinlər Azərbaycanda bərabər hüquq və imtiyazlardan faydalanırlar. Biz multikulturalizmin təşviqinə hər hansı digər alternativin olmadığından əminik. Müasir dünya zorakılıq və mübarizəyə gətirib çıxaran özünü kənarlaşdırma və təcridə yol verə bilməz. Azərbaycan multikulturalizmin təşviqi sahəsində avropalı tərəfdaşları ilə əməkdaşlıq etməyə və tarixi təcrübəsini paylaşmağa hazırıdır”.

XİN rəhbəri qeyd edib ki, Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasına dair çoxsaylı birgə təşəbbüslərinin nəticəsində enerji sahəsində strateji tərəfdaşlıq əhəmiyyətli dərəcədə inkişaf edir: “Cənub Qaz Dəhlizi”nin Bakıdakı təməlqoyma mərasiminin ardınca Türkiyənin Qars şəhərində TANAP üçün oxşar tədbirin keçirilməsi infrastruktur ilə bağlı məsələlərin həllində irəliyə doğru addım olub. Qeyd edilməlidir ki, müvafiq hökumətlərin qarşılıqlı etimad, etibar və dəstəyi, eləcə də cəlb olunan şirkətlər arasındakı effektiv əlaqə “Cənub Qaz Dəhlizi”nin vaxtında və müvəffəqiyyətlə icrasının əsas ilkin şərtləri olub. Bununla əlaqədar olaraq, Azərbaycan Aİ və beynəlxalq maliyyə institutlarının iştirakı ilə “Cənub Qaz Dəhlizi” ölkələrinin Məşvərət Şurasının Bakı şəhərində ilk iclasını keçirib”.

O vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının öz vətəndaşlarını təhlükəsiz, davamlı və arası kəsilməyən enerji ilə təmin etmək istədiyi Enerji İttifaqı vasitəsilə Aİ-nin hərtərəfli məqsədinə xidmət edəcək: “Buna görə də Azərbaycan yeni mənbələrdən yeni enerji həcmləri gətirəcək bu layihənin icrası üçün Aİ-nin daha güclü dəstəyini gözləyir. Enerji sahəsindəki müvəffəqiyyətli əməkdaşlıq həm Azərbaycan, həm də Aİ üçün ikitərəfli müqavilə münasibətlərini strateji səviyyəyə qaldırmaq potensialına malikdir. Aİ-nin strateji tərəfdaş ölkələrinin sayının artması bu xüsusda ilham və stimul rolunu oynayır”.

E.Məmmədyarov bildirib ki, digər geostrateji layihə Azərbaycan, Gürcüstan və Türkiyə dəmiryol şəbəkəsini birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolu layihəsidir: “Dörd il əvvəl Azərbaycan tərəfindən təşəbbüsü irəli sürülmüş bu layihə cari ildən fəaliyyətə başlayacaq. Bu dəhliz Avropa və Asiyanı Cənubi Qafqaz və Mərkəzi Asiya regionu vasitəsilə birləşdirərək çoxsaylı inkişaf imkanlarına yol açacaq”.

O, əlavə edib: “Biz gələcək Avropa Qonşuluq Siyasəti çərçivəsindəki münasibətlərimizdə tələblərə uyğun yanaşmanı dəstəkləyirik. Əməkdaşlığımızın yeni metodları ikitərəfli Strateji tərəfdaşlıq sazişi layihəsində öz əksini tapır. Saziş layihəsi artıq rəsmi olaraq, Avropa İttifaqının komissarı Yohannes Han və yüksək nümayəndəsi Federika Moqeriniyə təqdim edilib. Bəyannamə ilə bağlı onu qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Avropa İttifaqı ilə münasibətlərini ikitərəfli formatda qurmaqdadır”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]