Sorğu

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« May    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Exit poll

�Exit poll�-un keçirilməsi dair ilkin trening-kurslar baş tutdu

Sentyabr ayının 20-22-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)-nın – Şamaxıda, İsmayıllıda, Şəkidə, Gəncədə və Ağstafada regional mərkəzlərində Estoniyanın SAAR POLL təşkilatı ilə birlikdə keçirilməsi nəzərdə tutulmuş treninq-kurslar baş tutdu.
Treninq-kursların keçirildiyi zaman hər bir regionda intervüyerlərin və supervayzerlərin cəlb edilməsi ilə bağlı vəziyyət təhlil edilmişdir.
Yuxarıda göstərilmiş regionlarda supervayzerlərin iştirakı ilə keçirilmiş son treninq-kurslar seçki məntəqələrdə �exit poll�un təşkili və keçirilməsi üçün əlverişli şəraitin yaradacağını güman etməyə imkan verəcək. Estoniya mütəxəssislərinin və təşkilatından prezidenti Andrus Saarın rəhbərliyi altında nəzərdə tutulmuş gəlişi Respublikamızın müxtəlif regionlarında növbəti treninq-kursların müvəffəqiyyətli keçirilməsinə əlavə impuls verəcək.
Bu treninq-kursların keçirilməsinin nəticələri və bununla əlaqədar fəaliyyətimizin daha da geniş şəkildə izahatı sentyabrın 30 – oktyabrın 1-də nəzərdə tutulmuş mətbuat-konfransda izah ediləcək.

SAAR POLL təşkilatı ilə regionlarda treninq kursları keçirilmişdir

28 sentyabr exit poll-un keçirilməsi ilə bağlı Estoniyanın SAAR POLL təşkilatının əməkdaşları Bakıya gəlmişdir. 1 həftə ərzində Saar-Poll təşkilatının əməkdaşları Azərbaycanın bir neçə bölgəsində supervayzer və intervyuyer üçün müvafiq treninq kursları keçirmişdir.
Sentyabrın 29-u ilk treninq kurs Gəncə şəhərində keçirilmişdir. SAAR POLL təşkilatının aparıcı mütəxəssisi cənab Prit Tamisto 120- yə qədər yerli supervayzer və intervüyer üçün treninq keçirmişdir. Treninqdə eyni zamanda dörd deputatlığa namizəd də iştirak etmişdir. Sonrakı günlər belə treninq kurslar Əli-Bayramlı, İsmayıllı və Sumqayıt şəhərlərində keçirilmişdir. Bu treninqlərdə Quba, Şəki, Zaqatala, Şamaxı, Göyçay, Salyan, Saatlı və digər rayonların nümayəndələri iştirak etmiş, treninqlərin sonunda supervayzerlərə yazılı halda lazımi təlimatlar verilmişdir.
Oktyabrın 10-dan başlayaraq hər bir rayon nümayəndələri üçün artıq yerli mütəxəssislər tərəfindən treninqlərin keçirilməsi davam ediləcəkdir.
Oktyabrın ikinci yarısında SAAR POLL təşkilatının 20-yə yaxın mütəxəssisi keçirilmiş treninqlərin səmərəliliyini yoxlamaq üçün Respublikamıza gələcəklər və bölgələrdə supervayzerlərə sonuncu mərhələ təlimlərini aparacaqlar.

Sumqayıt şəhərində �Exit poll� təşkili haqqında treninq oldu

Treninq 28.09.2005-ci il tarixdə saat 15.00-da �Xəzər� SC-də keçirilmişdir. Tədbirin təşkilatçıları AVCİYA-nın (Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası) Sumqayıt nümayəndəliyi və Estoniyanın �SAAR POLL� təşkilatı idi. Tədbirdə Respublikanın digər regionlarından (Quba, Qusar, Dəvəçi, Siyəzən, Xaçmaz) da nümayətdələr iştirak edirdi.
Tədbirdə AVCİYA-nın vitse-prezidenti Çingiz İsmayılov və Estoniyalı nümayəndələr �Exit poll�-un yerlərdə ümumi təşkili, supervayzerlərin və intervüyerlərin vəzifələri, görəcəkləri işlər barəsində geniş məlumat verdilər. Çıxışlardan sonra ekspertlər çoxsaylı müşahidəçilərin suallarını cavablandırdılar.

Estoniyanın mərkəzi televiziyasında Azərbaycanda keçirilmiş Exit-Poll haqqında veriliş

Noyabrın 9-u Estoniya televiziyasında Azərbaycanda keçirilmiş exit-poll-a həsr olunmuş veriliş göstərilmişdir. Bakıda seçkilər zamanı olmuş Estoniya telejurnalistləri 30 dəqiqəlik çəkilişi ölkənin ən yüksək reytinqi olan televerilişdə nümayiş etdirmişlər. Bu veriliş ən geniş auditoriya toplayaraq minimum 400 minə yaxın insanın diqqətini cəlb edir.
Nümayiş etdirilmiş verilişdə seçkilərin həm Bakıda, həm də ölkəmizin müxtəlif bölgələrində keçirilməsi haqda geniş məlumat verilmiş və çəkilişlər göstərilmişdir. Xüsusi olaraq, fikir exit-poll-un keçirilməsinə və bu işə cəlb olunmuş yerli nümayəndələrin və eston mütəxəssislərinin şərhlərinə verilmişdir.
Azərbaycanda həyata keçirilən iqtisadi, sosial və siyasi islahatlar və demokratikləşmənin seçkilərdə də öz əksini tapmasının Estoniya TV-də nümayişi ölkəmiz haqda həqiqətləri Avropa Birliyi ölkələrinə yayılmasında növbəti addım kimi qəbul oluna bilər.

�525-ci qəzet�in 8 noyabr 2005-ci il tarixli çap olunmuş məqaləsinə cavab

7 noyabr 2005-ci ildə BMM-də Estoniyanın �SAAR POLL� şirkəti �Azərbaycanda Regional İnkişaf Mərkəzi� ilə birlikdə apardıqları exit-poll-un nəticələri üzrə mətbuat konfransı keçirmişdir. Mətbuat konfransında bir çox media nümayəndələri iştirak etmişdir.
Tədbiri Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov açaraq mətbuat nümayəndələri qarşısında çıxışında 124 dairə üzrə 1043 məntəqədə keçirilmiş exit-poll-un nəticələrindən ümumən razı qaldıqlarını bildirib. Mətbuat nümayəndələri qarşısında bu məlumatların açıq bəyan edilməsinə baxmayaraq, “525-ci qəzet”in müxbirinin çap etdiyi �Estoniya şirkəti 43 məntəqədə exit-poll keçirib� məqaləsində açıqlanmış məlumatlar düzgün verilməmişdir. Bəxtiyar adlı müxbirin nəticələrinə görə, belə çıxır ki, exit-poll yalnız bir dairədə keçirilmişdir. Görünür bu müxbir dairə və məntəqə arasındakı fərqi başa düşmür. Çox əfsuslar olsun ki, bizim mətbuat nümayəndələri arasında belə savadsız müxbirlər geniş yayılmışdır.

�Bakı xəbər� 8 noyabr nömrəli 262 saylı qəzetində çap olunmuş məqaləyə münasibət

6 noyabr 2005-ci ildə keçirilmiş parlament seçkiləri zamanı Estoniyanın �SAAR POLL� şirkəti �Azərbaycanda Regional İnkişaf Mərkəzi� ilə birlikdə exit-poll keçirmişdir. Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov exit-poll-un nəticələri ilə bağlı mətbuat konfransında açıqlama vermişdir. Seçki zamanı �SAAR POLL� un 20 nümayəndəsi Respublikamızın 124 dairəsinin 1043 məntəqəsində exit-poll keçirib.
Müxbir R.Qurbanlı bütün yuxarıda göstərilənləri qeyd edərək, eyni zamanda �SAAR POLL� təşkilatının rəhbəri cənab Andreas Saarın dediklərinin düzgün izahını verməmişdir. Belə ki, cənab A.Saar bildirdi ki, bəzi yerlərdə Mitovsky İnternational təşkilatının exit-poll keçirdiyi seçilmiş məntəqələri ilə �Saar-Poll�un məntəqələri üst-üstə düşmüşdür. Lakin bu heç də verilmiş məqalənin adını – ” �SAAR POLL� təşkilatı da Mitovski İnternationaldan narazıdır” – əks etdirmir. Eyni zamanda R.Qurbanlı tərəfindən verilmiş suala cənab A.Saar cavab verərək göstərmişdir ki, keçirilən exit-poll �Santa Kommunikeyşen� maliyyə qurumu tərəfindən maliyyələşdirilib və Azərbaycanda exit-poll-un keçirilməsi arzusu birbaşa �SAAR POLL� təşkilatı tərəfindən olmuşdur. Sonda qeyd etmək istərdik ki, bizim müxbirlər verdikləri sualların cavablarına və gələcəkdə maraqlandıqları suallar haqqında mətbuatda çap edilmiş məqalələrə diqqətli olsunlar. Belə olan halda təkrarən eyni sualları müxtəlif müxbirlər çox sayda verməzlər.

Azərbaycanda Regional İnkişaf Mərkəzi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com