Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

FAO: “Azərbaycan kənd təsərrüfatı sahəsində yardım alan ölkədən, yardım edən ölkəyə çevrilib”


“Azərbaycan kənd təsərrüfatı sahəsində yardım alan ölkədən, yardım edən ölkəyə çevrilib”.

“APA-Economics” xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Mustafa İmir bildirib.

Bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması məsələsinə toxunun M.İmir deyib ki, kənd təsərrüfatı sektoru neft xaricindəki sektorlar içərisində ən çox inkişaf etdirilməsi vacib olan sahələrdəndir.

“Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatının payı çox azdır, cəmi 6%-dir. Azərbaycan fərqli iqlim şəraitinə malik olduğundan burada kənd təsərrüfatının xüsusi önəmi var. Bu il ilk dəfə FAO Azərbaycan üçün çərçivə proqramı hazırlayıb. Həmin proqram qarşıdakı 4 il ərzində ölkədə tətbiq olunacaq”, – deyə FAO nümayəndəsi bildirib.

Azərbaycanın son 10 ildə kənd təsərrüfatı sahəsində böyük inkişafa nail olduğunu deyən M.İmir qeyd edib ki, bu inkişaf təkcə kənd təsərrüfatı məhsullarında olan artımla bağlı deyil. Onun sözlərinə görə, Azərbaycanda əkinçilik infrastrukturunun yaradılmasında da çox böyük işlər görülüb.

“FAO Azərbaycana maddi sahədə deyil, iqtisadi sahədə də çox böyük yardım edir. FAO kənd təsərrüfatı sahəsində dünyada mövcud olan ən yaxşı layihələri, təcrübələri Azərbaycanda tətbiq etməyə çalışır və təxminən 20 ildir Azərbaycana kənd təsərrüfatı sahəsinə texniki dəstək verir. Bütün bunlar qarşıdakı illərdə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə yardım edəcək. Azərbaycan 129 ölkə arasında yoxsulluğun və aclığın yarıbayarı azaldılmasına nail olan ölkələr sırasında ilk 23 ölkədən biridir. Azərbaycanda yoxsulluq 40%-dan 5%-ə kimi enib”, – deyə M.İmir bildirib.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]