Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

“Fitch Ratings ” Azərbaycan Beynəlxalq Bankının reytinqinin artırılmasını gözləyir

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin emitentinin uzunmüddətli defolt və davamlılıq reytinqlərini “Rating Watch Positive” artırma imkanı ilə yenidən baxılması üçün “Rating Watch Positive” siyahısına daxil edib.

Trend-in agentliyin saytına istinadən verdiyi məlumata görə, reytinqin artırılma ehtimalı ABB-nin problemli aktivlərinin alınması və özəllləşdirilməsi ilə bağlıdır.

Bankdan “Fitch Ratings”ə bildiriblər ki, söhbət 2015-ci ilin sonunda problemli aktivlərin əhəmiyyətli hissəsinin alınmasından gedir.

Məlumatda deyilir: “Bankın sağlamlaşdırılması başa çatdıqdan sonra agentlik emitentin uzunmüddətli defolt reytinqini “BB+”dək (hazırda “BB” səviyyəsindədir) yenidən nəzərdən keçirə və prioritet borcun reytinqini 1 pillə artırmaqla həmin səviyyəyədək çatdıra bilər”.

Agentlik ABB-nin davamlılıq reytinqini bir sıra faktorlardan asılı olaraq (məsələn, qalan aktivlərin keyfiyyəti) 1 və ya 2 pillə artıraraq “b-“dən “b”dək və ya “b+”dək çatdıra bilər.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]