Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Gənclər Fondunun nümayəndə heyəti Strasburqda bir sıra görüşlər keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndə heyəti Strasburqda Avropa Şurası və Avropa Gənclər Mərkəzinin nümayəndələri ilə bir sıra görüşlər keçirib.

Prezident yanında Gənclər Fondundan APA-ya verilən məlumata görə, səfər fevralın 18-20-də Avropa Şurasının Demokratik Vətəndaşlıq və İştirakçılıq Direktoratlığının dəvəti əsasında gerçəkləşib.

Səfər çərçivəsində Avropa Gənclər Mərkəzinin icraçı direktoru Tina Mulcahi, Avropa Şurasının Gənclər Departamentinin koordinatoru Marina Filaretova, Avropa Gənclər Fondunun müavini Karen Palliser, Avropa Şurasının Gənclər Departamentinin rəhbəri Antye Rotemund və digərləri ilə görüşlər keçirilib. Görüşlər zamanı Avropa Şurası Gənclər Departamenti, Avropa Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu arasında olan əlaqələr və yaxın gələcəkdə icra olunacaq birgə layihələr barədə müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyəti ölkəmizdə gənclər siyasətinin məqsədləri, prinsipləri haqqında Avropa Şurasının nümayəndələrinə məlumat verib və onların suallarını cavablandırıb. Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev və Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektoru müdiri Fuad Babayev daxil olub.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]