Sorğu

Loading ... Loading ...

Təqvim

June 2018
M T W T F S S
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Gədəbəy rayonunun müasir vəziyyəti

Gədəbəy inzibati rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Ümumi ərazisi 1,29 min kv. km, əhalisinin sayı 90,8 min nəfər, əhalinin orta sıxlığı hər kv. km-də 70 nəfərdir (1 yanvar 2006-ci ilin məlumatlarına əsasən). Paytaxt Bakı şəhəri ilə rayon mərkəzi arasında olan məsafə 444 km-dir. Qonşu Ermənistanla isə 123 km məsafədə dövlət sərhədi ilə həmsərhəddir.
Gədəbəy rayonunda kənd əhalisi üstünlük təşkil edir və ümumi rayon əhalisinin 90,6%-ni təşkil edir. Milli tərkibə gəldikdə isə azərbaycanlılar üstünlük təşkil edir. Belə ki, rayon əhalisinin 99,29%-ni azərbaycanlılar, 0,53%-ni ruslar, 0,09%-ni ukraynalılar, 0,04%-ni kürdlər, yerdə qalanlarını isə digər millətin nümayəndələri təşkil edir.
Gədəbəy rayonunun ən böyük problemi qaz, işıq və işsizlikdir. Bu problemlərin təsiri və sərhəd bölgədə yerləşməsi ilə əlaqədar əhalinin bir qismi Rusiyaya Federasiyasına, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərə üz tutmuşlar. Bu da rayonda əhalinin qocalma prosesinin sürətlənməsinə gətirib çıxarmışdır.
Bunları nəzərə alaraq Dövlət Proqramında Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması (Zəyəm-Gədəbəy elektrik xəttinin çəkilməsi), turizmin inkişafını təmin etmək məqsədilə müvafiq obyektlərin yaradılması, rayonda əhalinin tikinti materiallarına olan tələbatını ödəmək məqsədilə kərpic zavodunun tikilməsi, yolların və körpülərin bərpa olunması nəzərdə tutulub.
Bu məqsədlə rayonun daxili imkanları hesabına Maarifkənd, Daşbulaq, Qurudərə və Qarabağ kəndlərində və Heydər Əliyev Fondunun hesabına Novoivanovka kəndində orta məktəb inşa olunub, Norveç səfirliyi tərəfindən Hacılar kəndində olan orta məktəbin sinif otaqları yenidən inşa edilmişdir.
Həmçinin Ermənistanla sərhəddə yerləşən 26 kənd yaşayış məntəqəsində əhalinin elektrik tələbatını ödəmək məqsədilə Düzrəsullu kəndində yarımstansiya qurularaq istifadəyə verilmişdir.
Bununla yanaşı son illər rayon mərkəzində və bütün kənd yaşayış məntəqələrində yollar abadlaşdırılmış, çaylar üzərində körpülər quraşdırılmışdır.

Zaur İmrani

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com