Sorğu

Loading ... Loading ...

Təqvim

June 2018
M T W T F S S
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Geo İnformasiya Texnologiyaları deyəndə nəyi başa düşürük?

Geo İnformasiya Texnologiyaları deyəndə nəyi başa düşürük? � Geo İnformasiya Texnologiyaları termininə İnformatika elmi nöqteyi nəzərdən açıqlama verək:
� Geo � Yunan sözü olub yer deməkdir.
� İnformasiya – (latınca informatio) ifadə olunma formasından asılı olmayaraq canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındaki asılılıqlar şəklində ifadə olunur. İnsanlar min illər ərzində çox boyük həcmli informasiyalar toplamış və onları müxtəlif üsul və vasitələrlə saxlamışlar.
İnformasiyanın 1) faydalılıq, 2) tamliq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. kimi
xassələri vardır.
İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt �verilənlər� sözü ilə ifadə olunur.
Verilənlər – (ingiliscə data) texniki vasitələrlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır.
İnformasiyanı ölçmək – üçün ən minimal informasiya vahidi kimi bit (ingiliscə binary digit sözundən) qəbul edilmişdir. Praktikada isə əsasən aşağıdakı daha böyük informasiya ölçü vahidləri işlədilir:
1 Bayt=8 bit; 1 Kb = 1024 bayt = 2¹º bayt; 1 Mb= 1024 Kb = 2²º bayt; 1Gb= 1024 Mb =2³�bayt; 1Tb = 1024 Gb;
İnformasiya prosesləri və onların avtomatlaşdırılması – Kompüter texnikasının yaranması və inkşafı nəticəsində informasiya proseslərinin avtomatlaşdırılması daha da sürətlənmişdir.
İnformasiyanın ötürülməsi – Toplanan informasiyanın emal edilməsi üçün o, simli və ya simsiz rabitə kanalları ilə emal vasitələrinə ötürülməlidir.
İnformasiyanın saxlanması – İnformasiya emal edilməzdən əvvəl və sonra müasir kompüterlərdə istifadə olunan daşıyıcılarlda – maqnit və lazer disklərində və qurğularıında saxlanır.
İnformasiya axtarışı və emalı – İnformasiyanın emalı qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur.
� Texnologiya – yunan sözü olub (techne (bacarıq) + logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir.
� İnformasiya texnologiyası – informasiya ehtiyatlarından istifadə olunması proseslərini asanlaşdırmaq, onların etibarlığını və operativliyini çoxaltmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və vahid texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur.
İnformasiya texnologiyaları elmi inkişaf etdikcə yeni-yeni elmi terminlər, anlayışlar da meydana gəlmiş və gündəlik həyata daxil olmuşdur. Bunlara misal olaraq: İnfokommunikasiya, informasiya infrastrukturu, informasiyalaşma, informasiya mühiti, informasiya cəmiyyəti, informasiya resursları və xidmətləri, biliklər bazası, audio-video konfrans, telekonfrans, axtarış serverləri, provayder, host, çat, meynfreym, LAN, WAN, XML, HTTP və s. göstərmək olar.
CİS �in hansı spesifik imkanları vardır?
a) Məlumatların alınması və konvertasiya edilməsi (Export və İmport)
b) Məlumatların saxlanılması (DB �data bases)
c) Məlumatların emalı və idarə edilməsi
d) Sorğu sistemi vasitəsilə idarəetmə
e) Məlumatların təhlili və monitorinq
f) Xəriələrin tərtibti və nəşri və s.

Alıyev Elvin

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com