Sorğu

Loading ... Loading ...

Təqvim

September 2018
M T W T F S S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

Gələn il metronun daha iki stansiyası istifadəyə veriləcəkdir

2013-cü ilin sentyabr ayında Bakı Metropoliteni iki yeni stansiyanı istifadəyə verməyi planlaşdırır.
AzərTAc xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirmişdir.
T.Əhmədov demişdir ki, bunlar �Avtovağzal� və �Memar Əcəmi-2� stansiyaları olacaqdır. Hazırda tikinti işləri ilə əlaqədar həmin ərazilərdə obyektlərin köçürülməsi prosesi davam edir.
Metropoliten rəisi bildirmişdir ki, gələn il metro tikintisi üçün Fransanın �Bouygues Travaux Publics� şirkəti ilə müqavilə imzalanacaqdır.
Bakıda bütün ictimai nəqliyyat vasitələrində gediş haqqının ödənilməsi üçün vahid nəqliyyat ödəniş kartına münasibətini bildirən T.Əhmədov demişdir ki, metropolitenin bu sistemə qoşulması gözlənilmir və metroda xüsusi gediş kartı olacaqdır.

AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com